Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

«Bir vaxtlar bizdə də diktatura idi»


Bujar Nishani
Bujar Nishani

-

«Albaniyada da bir zamanlar diktatura mövcud idi, ölkəni Şimali Koreya ilə müqayisə etmək olardı. Ancaq son 25 ildə Albaniyada böyük dəyişikliklər baş verib».

APA xəbər verir ki, bunu martın 10-da IV Qlobal Bakı Forumunda çıxışı zamanı Albaniya prezidenti Bujar Nishani söyləyib.

B.Nishani bildirib ki, Albaniya hazırda NATO üzvüdür, Balkanlarda nüfuzlu bir ölkədir: «Bu Forum əməkdaşlıq və dostluğu təbliğ edir. Balkan regionu ölkələrinin müştərək layihələrdə iştirakı çox önəmlidir. İnsanlar görə bilərlər ki, qısa müddətdə bir ölkə necə düzgün inkişaf yolu seçə bilər».

Albaniya prezidenti deyib ki, NATO üzvü kimi ölkəsi beynəlxalq sülhyaratma missiyalarında iştirak edib: «Biz əlimizdən gələni edirik ki, Avropa Birliyinə inteqrasiya olunaq. Ölkədə islahatlar həyata keçirilir. Albaniyada müxtəlif dini icmalar var. Bu icmalar əsrlərdir ki, birgə yaşayırlar. Bir məqamı qeyd edim. İkinci Dünya müharibəsi zamanı yəhudilər çox əziyyət çəkiblər. Albaniya yeganə ölkədir ki, İkinci Dünya müharibəsindən sonra orada yəhudilərin sayı iki dəfə artıb. Çünki əhali, müxtəlif icmalar yəhudilərə qucaq açmışdı».

B.Nishani dünyadakı münaqişələrin həlli yollarını birgə axtarmağın zəruri olduğunu qeyd edib.

XS
SM
MD
LG