Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 11:14

HRW-dan Əfqanıstana sərt tənqid


Farkhunda Malikzada-nın şəkli olan plakat

-

Human Rights Watch (HRW) insan haqları təşkilatı Əfqanıstanın məhkəmə sistemini tənqid edir. Səbəb ötən il daşqalaqla öldürülmüş qadınla bağlı məhkəmə işidir.

Martın 10-da yaydığı bəyanatda qurum Farkhunda Malikzada-nın ölümündə təqsirli bilinən 13 nəfərin cəzasının azaldılmasını pisləyib. Üstəlik həmin cəzaların martın 8-də – Beynəlxalq qadınlar günündə açıqlanmasını “acı ironiya” adlandırıb.

27 yaşlı Farkhunda ötən ilin martında Kabildə bir qrup kişi tərəfindən öldürülüb. Bir nəfər onun Quranı yandırdığını ucadan qışqırandan sonra kişilər ona hücum ediblər.

Əvvəlcə dörd nəfərə ölüm cəzası, 9 nəfərə uzunmüddətli cəzalar kəsilmişdi. Bu həftə Ali Məhkəmə bütün təqsirləndirilənlərin cəzasını azaltdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG