Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:48

IV Bakı Qlobal Forumu başlayıb


Foto arxiv
Foto arxiv

-

Bu gün Bakıda IV Qlobal Forumu keçirilir.

Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

APA-a xəbər verir ki, Foruma Azərbaycan prezidenti İlham Əliyev də qatılıb.
Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan prezidentlərinin də qatıldığı Forumda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir.

«Çoxqütblü dünyaya doğru» mövzusuna həsr edilən tədbirdə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və qlobal təhlükəsizlik kimi mühüm məsələlər müzakirə olunacaq. Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də tədbirin gündəliyinə daxildir.

Tədbiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Ismail Serageldin açıb.

İlk forum 2013-cü il mayın 5-dən 8-nə kimi keçirilib. Forum «Müştərək cəmiyyətlər və qadın azadlıqları» mövzusunda təşkil olunub. İkinci forum 2014-cü il aprelin 27-dən 29-na kimi çəkib. Onun isə mövzusu «Post 2015 gündəliyi və müştərək cəmiyyətlər» olub.

Ötən il keçirilən III Qlobal Bakı Forumunda isə «Yeni dünya düzənində etimadın bərpa edilməsi» məsələsi müzakirə edilib.

XS
SM
MD
LG