Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Mart, şənbə, Bakı vaxtı 02:41

Gürcüstan prezidenti Bakıya gəlir


Giorgi Margvelashvili

-

Gürcüstan prezidenti Giorgi Margvelashvili bu gün keçirilən IV Bakı Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana gəlir.

«Report» xəbəri Gürcüstanın Prezident Administrasiyasına istinadən yayıb.

Xəbərə görə, G.Margvelashvili «Çoxqütblü dünyaya doğru» mövzusunda keçiriləcək IV Qlobal Bakı Forumunda dünya liderlərinə müraciət edəcək.

Gürcüstan prezidentinin Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə ayrıca görüşəcəyi də xəbər verilir.

İki gün çəkəcək IV Bakı Qlobal Forumunda 70-dən çox ölkənin hazırkı və sabiq liderlərinin iştirakı gözlənilir.

XS
SM
MD
LG