Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 21:59

İŞİD-in eksperti saxlanıb


Suriya, arxiv fotosu

-

ABŞ və İraq rəsmiləri İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının kimyəvi silahlar üzrə ekspertini tutduqlarını bildirirlər. Xüsusi qüvvələr Sleiman Daoud al-Afari-ni ötən ay İraqın şimalında ələ keçirib.

İraq rəsmiləri “Associated Press” agentliyinə bildirib ki, saxlanan şəxs kimyəvi və bioloji silahlar sahəsində ixtisaslaşıb, Saddam Hussein dövründə də hərbi sənaye sahəsində çalışıb.

50 yaşlı Afari İŞİD-in kimyəvi silah hazırlama işlərinə rəhbərlik edirmiş.

Pentaqon hələlik saxlanan şəxsin adını açıqlamayıb.

İŞİD-in 2014-cü ildən bəri İraq və Suriyada kükürd qazından istifadə etdiyi bildirilir.

XS
SM
MD
LG