Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 10:44

Kreml:"Sanksiya qəbuledilməzdir"


Dmitry Peskov

Kreml avropalı deputatların ukraynalı pilot Savchenkoya görə prezident Putinə qarşı sanksiyalara çağırmalarını qəbuledilməz adlandırıb.

Kremlin sözçüsü Dimitry Peskov bildirib ki, Savchenkonun məhkəməsi Rusiya qanunları əsasənda keçirilir və ona kənardan müdaxilə qəbuledilməzdir.

Savchenkonun hansısa Rusiya vətəndaşı ilə dəyişdirilməsinin mümkünlüyünə gəldikdə isə Peskov bundan xəbərsiz olduğunu deyib.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zakharova bundan əvvəl bildirmişdi ki, bununla bağlı hazırda danışıqlar aparılmır və məhkəmənin qərarınadək aparılmayacaq.

Savchenko 2014-cü ildə Ukraynanın şərqində saxlanıb. O, rusiyapərəst separatçılar tərəfindən saxlandığını, qanunsuz olaraq Rusiyaya aparıldığını deyir.

Savchenko iki rusiyalı jurnalistin ölümündə əli olmaqda, onların yerini deməkdə ittiham olunur.

O ittihamı rədd edir və quru aclığa başlayıb.

Martın 21-22-də hökm oxunacağı gözlənilir.

Prokuror ona 23 il həbs cəzası istəyib.

XS
SM
MD
LG