Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 14:52

ABŞ-dan Tehrana reaksiya


Josh Earnest

ABŞ hesab edir ki, İranın ballistik raketlərin sınağını keçirməsi onunla 6 dünya ölkəsi arasında əldə edilmiş yekun nüvə sazişini pozmur.

Bunu martın 8-də Dövlət departamentinin sözçüsü Josh Earnest bəyan edib.

Amma o qeyd edib ki, məsələ BMT-nin təhlükəsizlik şurasına çıxarıla bilər.

Qeyd edək ki, İran martın 9-da daha iki ballistik raketin sınağını keçirib.

Yerli mətbuatın məlumatına görə, martın 9-da İranın şimalından buraxılan 2 Qadr H raketləri 1400 km məsafə qət edərək ölkənin cənub-şərqindəki hədəfə dəyib.

Fars xəbər agentliyi xəbər verir ki, raketlərin üstündə “İsrail Yer üzündən silinməlidir” sözləri yazılıb.

Qeyd edək ki, İran martın 8-də də ballistik raketlərin sınağını keçirib.

ABŞ Dövlət Departamenti İranın bu addımını pisləyib.

Qeyd edək ki, ABŞ ötən ilin oktyabrında eyni səbəbdən Tehrana qarşı yeni sanksiyalar tətbiq edib.

İrand onda orta mənzilli raketin sınağını keçirmişdi.

ABŞ bunu BMT qətnamələrinin pozulması hesab edir.

XS
SM
MD
LG