-
Prezidenti İlham Əliyev martın 9-da Ukraynanın keçmiş dövlət başçısı Viktor Yushchenko-nu qəbul edib.
«Report»un xəbərinə görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışılıb. Tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulanıb.
Forumda siyasi, iqtisadi, təhlükəsizlik və digər məsələlərin kompleks şəkildə müzakirə olunmasının önəmi qeyd edilib.
V.Yushchenko 2005-2010-cu illərdə Ukraynanın prezidenti olub. O, 2005-ci ildə Ukraynada baş verən «narıncı inqilab»ın əsas simalarındandır.
Martın 10 və 11-də keçiriləcək IV Forumda iştirak etmək üçün Bakıya gəlib.