Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 20:04

Müəllif hüququnun qorunması sistemi


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Müəlliflik hüququ olan məhsullara nəzarət markalarının (holoqramların) tətbiqi ilə əlaqədar bütün sistem işlənib hazırlanıb. Hazırda onlayn sifariş mexanizminin tətbiqi ilə əlaqədar «ASAN xidmət» ilə danışıqlar aparılır».

Bunu «Report»a Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsindən bildiriblər.

Xəbərə görə, Müəllif Hüquqları Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi nəzarət markalarının çapı üçün lazımi texniki avadanlıqlarla təmin edilib: «Nəzarət markalarının tətbiqini gecikdirən səbəblərdən biri texniki avadanlıqlar və onların işini təmin edən xüsusi proqramla bağlı idi. Bu məqsədlə ötən il Ukraynadan mütəxəssislər dəvət olundu və mərkəzin bütün işçilərinə təlimlər keçirildi».

Agentlikdən bildirilib ki, artıq respublika ərazisində audiovizual əsər, fonoqram istehsalçılarına, kompüter proqramlarının hüquqi sahiblərinə, məlumat topluları və kitab naşirlərinə nəzarət markaları üçün sifariş vermələri barədə məktublar göndərilir.

XS
SM
MD
LG