-
Martın 9-da Bakı-Böyük Kəsik istiqamətində Atbulaq-Nəvai mənzilində 10.5 km yolun əsaslı təmirinə başlanılıb.
APA bu xəbəri «Azərbaycan Dəmir Yolları» QSC-yə istinadən yayıb. Təmirin bir həftədavam edəcəyi gözlənilir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb. Əsaslı təmir işlərini 5 saylı «İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi» MMC-nin kollektivi həyata keçirir.
Ötən il «Azərbaycan Dəmir Yolları» QSC ilə Çexiyanın «Moravia Steel» şirkəti arasında Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə müqavilə ilə bağlı əlavə saziş imzalanıb. Yeni layihənin icrası oktyabr ayından başlanılıb və bu günə kimi 68km dəmir yolu əsaslı təmir edilib.