Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 17:22

Sülh danışıqları gələn həftəyə gözlənir


Suriyada humanitar yardım paylanır

-

BMT bildirir ki, martın 14-dən gec olmayaraq Suriya hökumətilə müxalifəti arasında “əsaslı” sülh danışıqlarına ev sahibliyi edəcək. Sülh danışıqlarına hazırlıq isə martın 9-da Cenevrədə başlanır.

Fevralın 27-dən ABŞ və Rusiya Suriyada əməliyyatları dayandırıb. Məhdud olsa da, atəşkəsə əsasən əməl olunub.

BMT Suriya üzrə elçisi Staffan de Mistura martın 9-da danışıqlara başlayır. O, atəşkəsə və humanitar yardım səylərinə nəzarət edən işçi qruplarla görüşəcək. Hələlik nümayəndə heyətləri tam şəkildə Cenevrəyə gəlməyib.
Müxalifət liderləri sülh danışıqlarına qoşulmağa şərtlər irəli sürüblər və danışıqlara qoşulacaqları bəlli deyil.

XS
SM
MD
LG