Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 14:15

Azərbaycanlı qaçaqmalçılar saxlanılıb


-

“Musavat.com” xəbər verir ki, Türkiyənin Gömrük Mühafizə Qaçaqçılıq və Kəşfiyyat Müdirliyinin əməkdaşları qaçaqmalçılıqla məşğul olan şəxsləri saxlayıblar. Ölkəyə qaçaq yollarla mal gətirən nəqliyyat vasitələri arasında Azərbaycan dövlət nömrə nişanlı TIR-lar da olub. Həmin TIR-ların azərbaycanlı sürücüləri də saxlanıb.

Araşdırma zamanı bu maşınların nömrələrinin saxta olduğu üzə çıxıb. Azərbaycanlı sürücülərin qaçaq yolla Türkiyəyə parça və toxuculuq malları gətirdikləri aşkarlanıb.

XS
SM
MD
LG