Keçid linkləri

2026, 09 İyun, çərşənbə axşamı, Bakı vaxtı 22:11

Əşşi, neyləyək kral ailəsisiz...

Şahzadə William, həyat yoldaşı Catherine və oğulları Şahzadə George
Şahzadə William, həyat yoldaşı Catherine və oğulları Şahzadə George

►Otel kral ailəsinin üzvlərinə "yox" dedi

Britaniya kral ailəsinin üzvləri Uels şahzadəsi William, xanımı Kəmbric hersoginyası Kate Middleton və William-ın qardaşı şahzadə Harry Fransanın Amyen şəhərindəki beşulduzlu oteldən soyuq münasibət görüblər.

Britaniya taxt-tacının varisi xanımı ilə birlikdə Somme döyüşünün 100 illiyi münasibətilə təşkil olunmuş təntənəli mərasimdə iştirak etmək qərarına gəliblər.

Birinci Dünya müharibəsinin ən böyük döyüşlərindən olan Somme döyüşü 1 iyul - 18 noyabr 1916-cı il tarixlərində baş verib.

Ancaq şahzadə və xanımı vilayətdəki yeganə beşulduzlu otel olan Le Hôtel Marotte-da yerləşə bilməyiblər. Otelin meneceri deyib ki, hələ yaydan Fransanın Xarici İşlər Nazirliyi onunla əlaqə saxlayaraq Britaniya kral ailəsinin üzvləri üçün dörd lüks nömrə (gecəsi 350 funt) saxlamağı xahiş edib.

Ancaq o bunu etməkdən imtina edib, çünki həmin vaxt üçün otel tamamilə dolu imiş və o, kral ailəsinin üzvləri üçün olsa belə digər müştəriləri oteldən çıxarmağı qeyri-etik hesab edib.

"Biz neçə ay əvvəldən nömrə saxlatdırmış və pullarını ödəmiş qonaqlarımıza elan edə bilmərik ki, "bağışlayın, bizə kral ailəsi qonaq gəlir, biz sizin sifarişinizi ləğv edirik,"" deyə o bildirib.

Yerli qəzetlər yazırlar ki, kral ailəsinin üzvləri hələ də təntənəli mərasim müddətində Amyen ətrafında qalmağa yer axtarırlar.

Buna da bax: Məşhur tərkidünya qadın necə yaşayır- [Fotolar]

Məşhur tərkidünya qadın necə yaşayır- [Fotolar]

Agafja Lykowa Sayanda 1945-ci ildə (bəzi mənbələrə görə 1944-cü ildə) doğulub. Ailəsi – Karp Osipovich və Akulina Karpovna XX əsrin 30-cu illərinin sonunda öz inanclarına görə təqibdən ehtiyatlanaraq çətinliklə gedilə bilən Sibir tayqalarına qaçıblar. 
1/9 Agafja Lykowa Sayanda 1945-ci ildə (bəzi mənbələrə görə 1944-cü ildə) doğulub. Ailəsi – Karp Osipovich və Akulina Karpovna XX əsrin 30-cu illərinin sonunda öz inanclarına görə təqibdən ehtiyatlanaraq çətinliklə gedilə bilən Sibir tayqalarına qaçıblar. 
Sibirdə köhnə təriqətçi ailəsindən olan Agafja Lykowa tərkdünya həyat tərzini seçib, artıq üçüncü onillikdir ki, tamamilə tənhadır.
1946-cı ildən Xakasiyadakı Yerinat çayının sahili Lykowa-nın daimi yaşayış yerinə çevrilib. Buradan ən yaxınlıqdakı kəndə getmək üçün iki həftə vaxt lazımdır, həm də keçilməz meşədən piyada getməklə.
2/9 1946-cı ildən Xakasiyadakı Yerinat çayının sahili Lykowa-nın daimi yaşayış yerinə çevrilib. Buradan ən yaxınlıqdakı kəndə getmək üçün iki həftə vaxt lazımdır, həm də keçilməz meşədən piyada getməklə.
Sibirdə köhnə təriqətçi ailəsindən olan Agafja Lykowa tərkdünya həyat tərzini seçib, artıq üçüncü onillikdir ki, tamamilə tənhadır.
Lykowa vaxtilə atasının tikdiyi balaca bir daxmada yaşayır. Daxmanın elektrik enerjisi yoxdur, odun vasitəsilə qızdırılır.
3/9 Lykowa vaxtilə atasının tikdiyi balaca bir daxmada yaşayır. Daxmanın elektrik enerjisi yoxdur, odun vasitəsilə qızdırılır.
Sibirdə köhnə təriqətçi ailəsindən olan Agafja Lykowa tərkdünya həyat tərzini seçib, artıq üçüncü onillikdir ki, tamamilə tənhadır.
Çayın o tayına getmək üçün belə bir körpüdən keçməli olur.
4/9 Çayın o tayına getmək üçün belə bir körpüdən keçməli olur.
Sibirdə köhnə təriqətçi ailəsindən olan Agafja Lykowa tərkdünya həyat tərzini seçib, artıq üçüncü onillikdir ki, tamamilə tənhadır.
Lykowa-nın anası 1961-ci ildə, atası isə 1988-ci ildə vəfat edib. O vaxtdan tamamilə tənha yaşayan Agafja «qadın işi», «kişi işi» demədən hər şeyi özü edir. 
5/9 Lykowa-nın anası 1961-ci ildə, atası isə 1988-ci ildə vəfat edib. O vaxtdan tamamilə tənha yaşayan Agafja «qadın işi», «kişi işi» demədən hər şeyi özü edir. 
Sibirdə köhnə təriqətçi ailəsindən olan Agafja Lykowa tərkdünya həyat tərzini seçib, artıq üçüncü onillikdir ki, tamamilə tənhadır.
Sərt Sibir iqliminə baxmayaraq, onun kiçik bostanı heç də pis məhsul vermir.
6/9 Sərt Sibir iqliminə baxmayaraq, onun kiçik bostanı heç də pis məhsul vermir.
Sibirdə köhnə təriqətçi ailəsindən olan Agafja Lykowa tərkdünya həyat tərzini seçib, artıq üçüncü onillikdir ki, tamamilə tənhadır.
Lykowa-nın ana və atası sovməə (keşişsiz) inancına məxsus köhnə təriqətçi idilər. Bu dini qrup 1950-ci illərdən Rusiyada təqib olunurdu, pravoslav kilsəsi köhnə təriqətçiləri «raskolniklər» adlandırırdı. 
7/9 Lykowa-nın ana və atası sovməə (keşişsiz) inancına məxsus köhnə təriqətçi idilər. Bu dini qrup 1950-ci illərdən Rusiyada təqib olunurdu, pravoslav kilsəsi köhnə təriqətçiləri «raskolniklər» adlandırırdı. 
Sibirdə köhnə təriqətçi ailəsindən olan Agafja Lykowa tərkdünya həyat tərzini seçib, artıq üçüncü onillikdir ki, tamamilə tənhadır.
Lykowa barəsində bir neçə film çəkilib, kitablar yazılıb. Ən məşhuru Sovetlər dönəminin tanınmış jurnalist və yazıçısı Vasily Peskov-un yazdığı «Tayqa dalanı» adlı sənədli povestdir. 
8/9 Lykowa barəsində bir neçə film çəkilib, kitablar yazılıb. Ən məşhuru Sovetlər dönəminin tanınmış jurnalist və yazıçısı Vasily Peskov-un yazdığı «Tayqa dalanı» adlı sənədli povestdir. 
Sibirdə köhnə təriqətçi ailəsindən olan Agafja Lykowa tərkdünya həyat tərzini seçib, artıq üçüncü onillikdir ki, tamamilə tənhadır.
Yerli hökumət orqanları Lykowa-ya dəfələrlə tibbi və digər yardımlar göstərməyə çalışıblar, amma o hər dəfə bundan imtina edib. 
9/9 Yerli hökumət orqanları Lykowa-ya dəfələrlə tibbi və digər yardımlar göstərməyə çalışıblar, amma o hər dəfə bundan imtina edib. 
Sibirdə köhnə təriqətçi ailəsindən olan Agafja Lykowa tərkdünya həyat tərzini seçib, artıq üçüncü onillikdir ki, tamamilə tənhadır.
Öncəki slayd
Növbəti slayd

XS
SM
MD
LG