Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 00:41

Savchenkoya dəstək aksiya keçirilib


Foto arxiv

Kiyevdə Rusiyada həbsdə olan keçmiş ukraynalı pilot Nadia Savchenkoya azadlıq tələbi ilə aksiya keçirilib.

Aksiyaçılar 8 mart beynəlxalq qadınlar bayramı günü müdadiə nazirliyinin qarşısından Rusiya səfirliyinin qarşısınadaək yürüş keçiriblər.

Aksiyada deputatlar da iştirak edib.

Onlar səfirliyə Savchenkonun azadlığa buraxılması tələbi ilə Rusiya prezidenti Vladimir Putinə ünvanlanan müraciət təqdim ediblər.

Savchenko 2014-cü ilin iyununda Ukraynanın şərqində rusiyapərəst separatçılar tərəfindən saxlanaraq Rusiyaya aparılıb.

O, 2 rusiyalı jurnalistin ölümündə əli olmaqda , onların yerini hərbçilərə deməkdə ittiham olunur.

Savchenko ittihamı rədd edir.

XS
SM
MD
LG