Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:10

Şəkidə 62 yaşlı kişi özünü asıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Şəkidə 62 yaşlı kişinin intihar etdiyi bildirilir.

APA xəbəri hüquq-mühafizə orqanlarına isnadən yayıb.

Xəbərdə deyilir ki, hadisə martın 8-i səhər rayonun Kiş kəndində qeydə alınıb. Kiş kənd sakini, 62 yaşlı Ələsgər Niyzarovun meyitini ailə üzvləri yaşadığı evin həyətindəki tövlədə asılmış vəziyyətdə aşkar ediblər.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Şəki rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

XS
SM
MD
LG