Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Bayramda tətili harada keçirməli?


Səlim Müslümov
Səlim Müslümov

-
Ölkə mətbuatı həm bayramı, həm də bayramın gətirdiyi qayğıları gündəmdə saxlayır...

«YAP saytı» Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 8 Mart - Beynəlxalq Qadınlar bayramı münasibətilə keçirilən tədbirdən yazı verib. Nazir Səlim Müslümov tədbirdə deyib ki, Azərbaycan qadınları həmişə cəmiyyətin həyatında fəal iştirakı edirlər. O, Azərbaycanda dövlət səviyyəsində qadınlara verilən yüksək qiymətdən danışıb:

«Ölkənin sosial təminat sisteminin mühüm bir istiqaməti çoxuşaqlı analara yönəlib. Əmək pensiyası və sosial müavinətlər haqqında qanunvericilikdə çoxuşaqlı qadınlar üçün bir sıra güzəştlər əksini tapıb. Eyni zamanda Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağı aylıq sosial müavinətlə təmin olunur».

ÖLKƏ QITLIĞIN BİR ADDIMLIĞINDADIR

«Xarici valyutaya olan tələbatın ödənməməsi çox ciddi fəsadlara yol açır. Ölkə qıtlığın bir addımlığındadır».

İqtisadçı Nemət Əliyev son hərraclarda bankların dollara olan ehtiyaclarının ödənməməsini «Azadlıq» qəzetinə belə şərh edib.

Qarşıda Novruz bayramı və tətilin gəlməsini qeyd edən iqtisadçı vəziyyətin getdikcə ağırlaşacağını düşünür: «Anbarlarda qalan mallar daha sürətlə satılacaq və onun yeri doldurulmayacaq. Azalanın yeri dolmayanda, bu, bazarda fəsadlara yol açır».

N.Əliyev deyir ki, hazırda ölkəni iqtisadi çətinliklərdən çıxarmaq üçün hökumətin əlində təkliflər paketi yoxdur: «Ölkəyə valyuta axının stimullaşdırmaq üçün hətta qumar oyunlarını da gündəmə gətirirlər».

İqtisadçının fikrincə, gömrük orqanlarında sahibkarlara təzyiqlərin qarşısı alınsa, iqtisadiyyat normal nəfəs ala bilər: «Amma bu istiqamətdə ciddi nəticələrin şahidi olmuruq. Mərkəzi Bankın ehtiyatları sürətlə tükənir».

XARİCDƏ İSTİRAHƏT AZƏRBAYCANDAN UCUZDUR...

Qarşıda Novruz tətilləri gəlir və harada dincəlmək məsələsi ortaya çıxır.
«Exo» qəzeti bayram tətilləri ilə bağlı turizm sahəsindəki vəziyyəti dəyərləndirir. Bu mövzuda yazılan məqalədə qeyd edilir ki, indi bəziləri ölkədə dincəlməyə üstünlük verir. Üstəlik ekspertlər də bildirirlər ki, qiymətlər keçən il ilə müqayisədə 15-20 düşüb:

«Amma turist kimi dincəlməyə gedənlər bunun əksini görürlər. Qiymətlər Azərbaycanda nəinki enməyib, hətta artıb. Məhz bu səbəb üzündən ölkə vətəndaşları kənara çıxırlar».

Məqalədə bildirilir ki, xüsusilə də Sinqapurda. Malayziyada, Tailandda dincəlməyə üstünük verənlər çoxalır. Türkiyə şirkətləri turist cəlb etmək üçün keçən ilki qiymətlərdən 30-40 faiz endirimə gediblər.

Ekspert Nəriman Ağayev deyir: «Azərbaycan xalqının maddi gücü əhəmiyyətli dərəcədə azalıb və buna görə bəziləri istirahət üçün xaricə gedə bilmirlər. Ölkəmizdəki turist obyektlərində dincəlmək də çoxunun cibinə uyğun deyil».

RUSİYADA VARSA, BİZDƏ NİYƏ OLMASIN?..

«Yeni Müsavat» qəzeti isə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasından imtina ilə bağlı qanun layihəsinin müəllifi deputat Rafael Cəbrayılovun fikirlərinə yer verib.

Deputat deyir: «Rusiya Konstitusiya Məhkəməsinin sədri ilə görüşdüm və dedim ki, niyə belə qanun bizdə olmasın?».

Deputat düşünür ki, belə bir qanunun qəbulunu milli mənafe tələb edir: «Bu layihə ölkənin milli mənafeyi ilə bağlıdır. Ölkənin beynəlxalq qurumlarda aşağılanmasının qarşısını almaq üçündür».

Daha sonra da deputat deyir: «Qonşumuz Rusiya kimi nəhəng dövlət də belə edir. Çünki ona qarşı da belə münasibət var. Yəni belə hüquqi təcrübə var və bu Azərbaycan üçün yenilik deyil».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG