Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:44

Amma qadınlarımız bu günü hədiyyə almaq günü kimi...


Sovet posteri
Sovet posteri

-

Bir həftədir ki, Bakı supermarketlərinin girişində uşaq oyuncaqlarıyla dolu masalar qoyulub. Ağ balaca dovşan, pişik, ayı oyuncaqları, rəngbərəng bumeranqlar... üstündən asılmış "8 mart bayramınız mübarək!" plakatını görməsən, ilk baxışdan bunların qadınlar üçün olduğunu anlamazsan.

8 mart gününün öz tarixi mənşəyinə nəinki uyğun olmayan şəkildə, hətta tamamilə ziddinə qeyd olunmasına OxuZalında yazarlar etiraz edirlər.

Sahilə İbrahimova
Sahilə İbrahimova

Sahilə İbrahimova deyir ki, 8 mart kişilərlə eyni hüquqları bölüşmək uğrunda mübarizəni vurğulayan gündür. Qadının siyasi, sosial, iqtisadi meydanda görünmək uğrunda mübarizəsi günüdür. Amma qadınlarımız bu günü hədiyyə almaq günü kimi qəbul edirlər.

Bu günə çox lazımsız şənlik qatmışıq bəlkə də. Mən açığı, bayramın ölkəmizdəki mahiyyətsizliyinə üzülürəm. Hər addımda hüququ pozulan qadınların gül, parfüm alaraq bir günlük önəmsənmələrinə üzülürəm. Çoxumuz nəyi qeyd etdiyimizi bilmirik.

Zümrüd Yağmur
Zümrüd Yağmur

Zümrüd Yağmur isə deyir: Yaşadığım ölkə və bütünlükdə dünya qadınların rahat yaşaya biləcəyi bir yer deyil. Çünki qadınların hələ də şəxsiyyəti ilə deyil, cinsiyyəti ilə önə çəkildiyi, qabiliyyəti ilə deyil, zahiri görünüşü ilə dəyərləndirildiyi bir dünyada yaşayırıq.

İnkişaf etmiş ölkələrdə qadın hüquqi mənada haqlarını əldə edib, amma nə yazıq ki, qadın yenə də sanki bir vitrin manekeni olmaqdan çıxa bilməyib. Nə yazıq ki, dünya hələ də qadın haqlarını, qadınların kişilərin zövqünu necə oxşaya bilməyinin “sirrlərini” dartışan dünyadır. Ən başlıcası, xüsusən Şərqdə qadınlar bu halların qalması üçün hər şey edir, sanki öz cəlladını sevirmiş kimi əleyhinə olan hər şeyi canla, başla bəsləyirlər.

XS
SM
MD
LG