Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:09

İlham Əliyev Mikheil Janelidze-ni qəbul edib


Mikheil Janelidze
Mikheil Janelidze

-
Prezident İlham Əliyev Gürcüstan xarici işlər naziri Mikheil Janelidze-ni qəbul edib.

Xəbəri president.az saytı yayıb.

Xəbərə görə, Mikheil Janelidze prezidentə Azərbaycana ilk rəsmi səfərindən məmnun olduğunu bildirib. İki ölkə arasında həyata keçirilən bütün layihələrin uğurla davam etdiyini qeyd edib..

İlham Əliyev isə deyib ki, iki ölkə getdikcə bir-birlərinə daha da yaxınlaşır.
Prezidentin deməsinə görə, əlaqələrin siyasi, iqtisadi, energetika, humanitar sahələrdə və eləcə də çoxtərəfli formatda daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar var.

Bundan əvvəl isə Mikheil Janelidze-ni Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qəbul etmişdi.

APA-nın xəbərinə görə, görüşdə Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələri müzakirə edilib. E.Məmmədyarov deyib ki, hər iki ölkə bir-birlərinin ərazi bütövlüyünü tanıyır.

M.Janelidze isə qeyd edib ki, əməkdaşlığın ən vacib sahələrindən biri enerji məsələsidir: «Bizim ölkədə son illər qaza tələbat artıb. Azərbaycan da strateji tərəfdaş kimi nəql etdiyi təbii qazın həcmini artırmağa razılıq verdi, müvafiq saziş imzalandı».

M.Janelidze daha sonra qeyd edib ki, gömrük qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi vacibdir: «Bu, nəqliyyat koridorunda vacib şərtdir. Dövlətlərarası iqtisadi komissiyanın görüşünə hazırlıqlar da başa çatmaqdadır. İclasda müzakirəyə çıxarılacaq mövzular ətrafında danışıqlar gedir. Bir sıra sənədlər imzalanmalıdır. Ümid edirik ki, komissiyanın iclasında bu sənədlər imzalanacaq».

M.Janelidze deyib ki, Azərbaycanın GUAM-dakı fəaliyyətinə dəstək verməyə hazırdırlar.

Mikheil Janelidze martın 6-da Azərbaycana gəlib.

XS
SM
MD
LG