Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:05

"Tərbiyəli, başıaşağı, istedadsız yazıçı- yola vermək olar"


Şərif Ağayar (ortada) oxucularıyla
Şərif Ağayar (ortada) oxucularıyla

-

Yazıçı Şərif Ağayar öz Facebook səhifəsində yerli tənqidçilərdən yazıb:

Bəzi tənqidçilərimiz üçün yazıçılar aşağıdakı kimi təsnifatlanır:

1. Vəzifəli və şöhrətli yazıçı - Qurban olaram kəramətinə!

2. Vəzifəli və şöhrətsiz yazıçı - Vallah, ən səxavətlisi bunlardır, yaxşıca maya qoyurlar.

3. Vəzifəli yazıçının atası-anası, oğlu-qızı - əzəli-əbədi qazanc yeri... Düzdür, bazar biraz basırıqdır, amma daha "intellektual" yazıb seçilmək mümkündür.

4. Tərbiyəli, başıaşağı istedadlı, imkanlı yazıçı - qardaşdır! Həm azdırlar, həm də insan münasibətlərinin milli-mental çalarlarını əla bilirlər. Quzu kəsərəm!

5. Tərbiyəli, başıaşağı, istedadlı, imkansız yazıçı - bunların da öz yeri var! Hərdən yazının gözünə qatırsan ki, obyektiv görünəsən.

6. Tərbiyəli, başıaşağı, istedadsız yazıçı - yola vermək olar. Sayları çoxdu. Nə qədər olmasa hər ağızda bir dua var.

7. Dikbaş, özündənrazı, istedadlı yazıçı - səfehdir! Hər an aşağılamaq və vurmaq, hətta təhqir eləmək lazımdır! Oğraşlar! Alkaşlar! O boyda Patrik Züskind, Orxan Pamuk var, canım sənə desin, Ekzüperi var, bunlar da utanmayıb, özünə yazıçı deyir. Allah qırsın sizi!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG