Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:44

Yanan binaya görə həbs müddətləri uzadıldı


Yanan bina.
Yanan bina.

-

Keçən ilin mayında Bakının Binəqədi rayonunda yaşayış binasında yanğın baş verməsi ilə bağlı saxlananların həbs müddəti uzadılıb.

APA-nın xəbərinə görə, Nəsimi Rayon Məhkəməsi istintaq müddətini iyunun 19-na kimi uzatmaq barədə qərar qəbul edib.

Baş Prokurorluğun hadisə ilə bağlı yaydığı məlumata görə, həbs olunanlar bunlardır: «Global Stone» MMC-nin baş direktoru Uğur Bəşirov, «Global Construction» MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov.

Onlardan başqa Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov da həbs edilib.

Onlar Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilirlər.

2015-ci il mayın 19-da adıçəkilən binanın yanması nəticəsində 15 nəfər ölüb. 50 nəfər xəsarət almışdı.

XS
SM
MD
LG