Keçid linkləri

2026, 15 Avqust, şənbə, Bakı vaxtı 17:08

Charles Dickens'in gənc yazıçıya kobud cavabı

Charles Dickens
Charles Dickens

-

Yazıçı Charles Dickens’in əvvəllər məlum olmayan məktubu tapılıb. Təxminən 150 il bundan əvvəl yazılmış məktub tapılandan sonra kobudluğuna görə xüsusi diqqət cəlb edib.

Məktub yazıçının dostu kapitan Frederik Marryat’ın qızı Florence Marryat’a yazılıb. Gənc qız yazıçının jurnalında çap olunmaq üçün ona hekayəsini göndərib və ondan məsləhət istəyib. Dickens 1859-95-ci illərdə “All The Year Round” adlı jurnalın redaktoru idi.

Üç səhifəlik hirsli məktubda deyilir ki, hekayə bu jurnala “uyğun deyil", amma qızın cürət edib yazıçıdan hələ bir məsləhət istəməsi onun tərəfindən “dəhşətli dərəcədə ağılsız hərəkət”dir.

“Sənin xəbərin yoxdur ki, bu cür jurnalların redaktəsinə nə qədər əmək sərf olunur.”

Bu məktub mart ayında ictimai hərraca çxıarılacaq.

This item is part of
XS
SM
MD
LG