Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:09

Bağırzadənin müavininin həbsi uzadılıb


Elçin Qasımov
Elçin Qasımov

-

«Müsəlman Birliyi» Hərəkatının sədr müavini Elçin Qasımovun həbs müddəti daha iki ay uzadılıb. «Report» xəbəri Nəsimi Rayon Məhkəməsinə istinadən yayıb.

E.Qasımovun müdafiəçiləri məhkəmə qərarından apellyasiya şikayəti verib, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

E.Qasımov Nardaran hadisələrindən əvvəl həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə həbs cəzası alıb. Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib.

E.Qasımova Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 315.1-ci (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) maddələri ilə iş açılıb .

Baş Prokurorluğun məlumatına görə, «Müsəlman Birliyi» Hərəkatı işi üzrə ümumilikdə 68 nəfər həbs olunub.

«Müsəlman Birliyi» Hərəkatı qeydiyyatdan keçməyib.

Hərəkatın rəhbəri Nardaran hadisələri zamanı həbs edilən Taleh Bağırzadədir.

XS
SM
MD
LG