Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:31

Saatlarla kartof soymaq


Rejissor Chantal Akerman (1950-2015)
Rejissor Chantal Akerman (1950-2015)

-

Godard, Luis Benuel, Agnes Varda kimi rejissorlala bir sırada dayanır rejissor Chantal Akerman. Onun əsas mövzusu qadınların həyatıdır.

"Jeanne Dielman, 23 Commerce Quay, 1080 Brussels" adlı 3 saat 20 dəqiqəlik filmində tənha bir dul qadının - Jeanne Dielman-ın üç günü göstərilir.

Dielman monoton bir küçədə yaşayır, küçənin adı pul dünyasının istismarçılığına eyhamdır. O, altı ildir duldur, yeniyetmə oğlunu yedirməli və geydirməlidir.

Hər gün monoton ev işləri görür, yemək bişirir, pula görə yataq otağında kişi qəbul edir.

Film boyu biz statik portretlər görürük, amma həm də statik deyil bu portretlər: Saatlarla sakit oturaraq kartof soyan qadın bizə tədrici psixoloji çürüməni göstərir. Budur:

XS
SM
MD
LG