Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Milli Teatr Günü qeyd ediləcək


Hər il martın 10-nu Azərbacaycanda teatr günü kimi qeyd olunur.
Hər il martın 10-nu Azərbacaycanda teatr günü kimi qeyd olunur.

-

Martın 10-da Milli Teatr Günü münasibətilə Teatr Xadimləri İttifaqında elmi-praktiki konfrans keçiriləcək. Tədbirin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqıdır.

AzərTAC-ın xəbərinə görə, konfransda Azərbaycan teatrının inkişafından, Qərb və Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsindən söhbət açılacaq.

1873-cü il martın 10-da H. Zərdabi və N. Vəzirovun təşkilatçılığı ilə Bakı realnı məktəbinin teatr həvəskarları truppası M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyasını tamaşaya qoyublar. Hər il martın 10-u AzərbaycandaMilli Teatr Günü kimi qeyd edilir.

XS
SM
MD
LG