Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

«Problemlə üzləşdikdə, müraciət edin»


Vergilər Nazirliyi
Vergilər Nazirliyi

-

«Yerli istehsalın artırılması və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması hökumətin əsas hədəfidir».

Vergilər nazirinin müavini Sahib Ələkbərov istehsalla məşğul olan vergi ödəyiciləri ilə görüşdə belə deyib.

«Trend»in xəbərinə görə, nazir müavini ölkə başçısının fərmanı ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırıldığını deyib.

Nazir müavini vergiödəyiciləri hər hansı problemlə üzləşdiklərində, yardım üçün Vergilər Nazirliyinə müraciət etməyə dəvət edib.

Ölkə başçısı bu həftə yerli istehsal məhsullarının ixracının stimullaşdırılması ilə bağlı fərman verib.

XS
SM
MD
LG