-
Gürcüstana səfəri çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayev azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli regionunda olub.
Bu barədə SOCAR-ın öz saytında məlumat yerləşdirilib
R.Abdullayev qubernator Paata Khizanashvili ilə görüşüb.
SOCAR prezidenti Gəncə Avtomobil Zavodunun istehsalı olan 10 ədəd traktor və kotanı Kvemo Kartli quberniyası administrasiyasına təqdim edib.
Rövnəq Abdullayev deyib ki, bu, Azərbaycan prezidentinin hədiyyəsidir .
SOCAR prezidenti martın 4-də Gürcüstana getmişdi. Bu səfər çərçivəsində Azərbaycanla Gürcüstan arasında yeni qaz sazişi imzalanıb. Həmin sazişdə Gürcüstana əlavə qaz nəqli nəzərdə tutulur.