Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Krımda «KaZantip» qadağan olundu


«KaZantip» - 2015
«KaZantip» - 2015

-

Krımda «KaZantip» gənclər musiqi festivalının keçirilməsi həmişəlik qadağan edilib. Bu barədə qərarı Rusiyanın Krım üzrə regional prokurorluğu qəbul edib.

Krım prokuroru Natalya Poklonskaya deyib ki, belə bir tədbiri kimsə özbaşına keçirə bilməz, çünki bu məsələ milli təhlükəsizlik məsələsidir.

Polisin məlumatına görə, ötən il «Befuz» Gənclər Musiqi Festivalı keçirilərkən narkotik istifadə etmiş 11 gənc saxlanıb.

Hakimiyyət təşkilatçıları yanğın təhlükəsizliyinə, sanitar normalara əməl etməməkdə ittiham edir, o cümlədən festivalın keçirildiyi ərazidəki sakinlərdən şikayət aldığını əsas gətirir.

«KaZantip»Krımda 1995-ci ildən keçirilir. Ötən ilin iyulunda festivalın keçirilməsinə imkan verilməyib. Krım prokurorluğu bildirib ki, təşkilatçılar lazımi tələblərə cavab vermirlər, festivalda spirtli içki satılması isə qanunvericiliyə ziddir.

XS
SM
MD
LG