Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Federica Mogherini səfərindən yazdı


Federica Mogherini
Federica Mogherini

-

«Dağlıq Qarabağ yarası indiyədək Azərbaycan və Ermənistanı bir-birindən ayırmaqdadır».

«Report» xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini öz bloqunda Bakı və Yerevana səfərlərinin yekunları ilə bağlı açıqlamasında qeyd edib.

Federica Mogherini-nin yazmasına görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa Birliyinin gündəliyindədir və öz xüsusi nümayəndəsi vasitəsilə prosesi müşahidə edir:

«Mən Azərbaycan və Ermənistandan yenicə qayıtmışam. Bu iki dövlət çətinlik və ziddiyyətlərə baxmayaraq kövrək demokratiyanı möhkəmləndirməyi davam etdirir. Mən səfər zamanı Avropa Birliyi üçün mühüm tərəfdaş olan ölkələrin təkcə hökumətləri ilə deyil, həm də vətəndaş cəmiyyəti və QHT nümayəndələri ilə görüşdüm».

Xanım Mogherini yazıb ki, Bakıda Cənubi Avropada enerji təhlükəsizliyi üçün başlıca əhəmiyyət kəsb edən böyük layihə - «Cənub Qaz Dəhlizi»nin Məşvərət Şurasının iclasında iştirak edib:

«Bakıda mən, həmçinin Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdüm. Onlarla regionda, eləcə də İran, Türkiyə və Rusiyadakı vəziyyəti müzakirə etdim. Biz, həmçinin Azərbaycan-AB münasibətlərinə də toxunduq».

Xanım Federica Mogherini fevralın 29-dan martın 1-nə kimi Azərbaycanda səfərdə olub. Azərbaycandan sonra isə o, Ermənistana gedib.

XS
SM
MD
LG