Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:22

Niyə bəzi kitabların cildi qalın, bəzilərinki nazikdir?


İllüstrasiya
İllüstrasiya

Dünya təcrübəsi

-

"Man Booker" nəsr mükafatını alan bütün müəlliflər kimi, avstraliyalı R.Flanagan'ın da kitabı əvvəlcə qalın cildli formatda kitab dükanlarında və supermarketlərdə satışa qoyuldu.

Qalın üzlü bir kitab
Qalın üzlü bir kitab

464 səhifəlik kitabın çəkisi yarım kilodan ağır idi. Qiyməti də baha, 27 ABŞ dollarına.

Kitabın daha yüngül, daha ucuz və nazik cildli versiyası (ABŞ və Britaniyada) növbəti il çap olundu.

Beləliklə, uğurlu olacağı ehtimal olunan kitablar əvvəlcə ağır, bahalı qalın cildlə çap olunur, ikinci nəşri isə nazik cildlə. İlk nəşr az tirajla çıxan lüks versiya hesab olunur.

Nazik cildli kitablar 19-cu yüzildə meydana gəlib. Əvvəlcə Avropa qitəsində, sonra isə 1930-cu illərdə Britaniya və ABŞ-da. O vaxt nəşriyyatlar qalın cildli kitabları almağa imkanı çatmayan yeni nəsli kitabla təmini etmək məqsədilə nazik cildli ucuz kitabların kütləvi nəşrinə başlayıblar. İkinci Dünya Müharibəsi və oxumağa marağın kütləviləşməsi nazik clidli nəşrləri daha əlverişli edirdi.

Deməli, yaxşı satılacağı gözlənən kitablar əvvəlcə qalın cildlə çıxır.

Kitablar
Kitablar

Bu satış strategiyası film səneyasində də istifadə olunur. Filmlər DVD şəklində satışa çıxmazdan əvvəl kinoteatra çıxır.

Kinoteatr biletləri kimi qalın cildli kitablar da çox qazanc gətirir.

Kinoteatrın öz aşiqləri olduğu kimi, evinə kitab toplamağı xoşlayan kollektorlar da qalın üzlü kitabları üstün tuturlar.

Qalın üzlü kitablar həmçinin kitabın kitabxanalarda da populyar olacağını göstərir. Ədəbiyyat tənqidçiləri arasında da yazılmamış bir qayda var: adətən nazik üzlü kitablar haqda rəy yazmırlar.

Elə ki qalın üzlü kitabların satışı azaldı, onda nəşriyyatlar nazik üzlü versiyanı çapa verirlər. Onun tirajı daha çox olur və daha kütləvi satılır.

Elektron kitabın kağız kitabı öldürəcəyi təhlükəsi də yalnız nazik üzlü kitablara aiddir. Əgər əvvəllər qalın cildli kitabı baha olduğuna görə ala bilməyənlər kağız versiyanı gözləyirdilərsə, indi artıq kağızdan da əvvəl çıxan elektron versiyanı gözləyirlər: daha ucuz, daha yüngül, ətraf mühitə də ziyansız.

Keçmişdə uğurlu kitab o kitab sayılırdı ki, kağız versiyası qalın cildli versiyasından ən azı dörd dəfə çox satılsın. Son illərsə qalın cildli kitablar daha çox satılır, nəinki kağız kitablar. Bunun səbəbi...

Keçmişdə uğurlu kitab o kitab sayılırdı ki, nazik üzlü versiyası qalın cildli versiyasından ən azı dörd dəfə çox satılsın.

Son illərsə bir kitabın qalın cildi daha çox satılır, nəinki nazik üzlü versiyası. Bunun səbəbi elektron kitabın meydana çıxmasıdır.

Kitab sənayesində hesab olunur ki, elektron kitablar gələcəkdə ümumiyyətlə kitabı yox, məhz nazik cildli kitabları əvəz edəcək.

The Economist-ə istinadla OxuZalı

XS
SM
MD
LG