Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyun, Cümə, Bakı vaxtı 08:06

Bobokulova qarşı rəsmi ittiham


Guchehra Bobokulova

Moskvada 4 yaşlı uşağın başını kəsərək öldürməkdə şübhəli bilinən özbək qadına qarşı rəsmi ittiham irəli sürülüb.

Əlində uşağın başını yellədən Gyulchekhra Bobokulova fevralın 29-da Moskva metrosunun ətrafında saxlanıb.

İstintaq komitəsinin sözçüsü Vladimir Markin martın 4-də ona qarşı qətl törətməklə bağlı ittiham irəli sürüldüyünü bildirib.

Xatırladaq ki, Bobokulova martın 2-də keçirilən ilkin məhkəmədə jurnalistlərə deyib ki, 4 yaşlı qızı Allahın əmriylə öldürüb. O uşağa daiyəlik edirmiş.

İnternetdə yerləşdirilən videoda isə o deyir ki, bununla Suriyada Rusiyanın hava zərbələrindən ölən müsəlmanların qisasını alıb.

Prokurorlar hesab edir ki, Bobokulovanı bu cinayətə təhrik edən, qızışdıran adamlar ola bilər.

Rusiya hakimiyyəti onun psixiatrik xəstəlikdən əziyyət çəkdiyini deyirlər.

XS
SM
MD
LG