-
Prezident yanında Apellyasiya Şurası artıq sahibkarların şikayətlərinə baxmağa hazırdır.
Trend-in xəbərin görə, Şuranın sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev belə deyib.
Eldar Nuriyev bildirdib ki, şuranın fəaliyyəti üçün bütün zəruri şərait yaradılıb:
“Şuranın kadr potensialı, maddi-texniki bazası formalaşdırılıb və fəaliyyətini tənzimləyən hüquqi aktlar qəbul edilib. Dəqiq statistikanın, ciddi uçotun aparılması məqsədilə şikayətlərin jurnal və elektron qeydiyyatı sistemi qurulub”.
Prezidentin fevralın 3-də imzaladığı fərmanla onun, eləcə də yerli və mərkəzi hakimiyyət orqanları yanında apellyasiya şuralarının yaradılmasına başlanıb. Şuraların yaradılması sahibkarlara dəstək məqsədi ilə izah edilir.