Keçid linkləri

Təcili xəbərlər
2023, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 08:54

Qan verənlərin sayı artıb


Qanvermə aksiyası

-

2015-ci ildə ölkədə tədarük olunan qanın həcmi və donorların sayı artıb.

Səhiyyə Nazirliyinin saytı xəbər verir ki, bunu Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva söyləyib.

Baş həkimin deməsinə görə, bir ildə ölkə üzrə keçirilən qanvermə aksiyalarında 36 ton 597 litr qan tədarük olunub. Əvvəlki ildə bu göstərici 36 ton 193 litr olub.

«Könüllü donorların sayı artıb. 2014-cü ildə 72 min 697 nəfər qan verib. 2015-ci ildə isə onların sayı 75 min 184 nəfərədək artıb», - deyən Pərvanə Hacıyeva ötən il 318 qanvermə aksiyasının keçirildiyini bildirib.

XS
SM
MD
LG