Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 00:57

Dollara tələb təklifi 3 dəfə üstələdi

Mərkəzi Bank
Mərkəzi Bank

-

Mərkəzi Bankın (MB) martın 4-də keçirilən növbəti valyuta hərracında Dövlət Neft Fondu satışa 100 mln. ABŞ dolları çıxarıb.

Ancaq hərracda iştirak edən kommersiya banklarının faktiki tələbatı bundan təxminən 3 dəfə çox olub. Banklar 290 mln. dollar almaq istəyiblər.

Xəbəri Mərkəzi Bank yayıb.

Halbuki Mərkəzi Bankın rəhbəri Elmar Rüstəmov bir neçə gün əvvəl demişdi ki, bankların bütün dollar tələbatı ödənilir.

Müstəqil iqtisadçılar bankların tələbatının ödənilməyəcəyi təqdirdə qarşıdakı günlərdə də manatın ucuzlaşacağını istisna etmirlər.

This item is part of
XS
SM
MD
LG