Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:20

Maliyyə Sabitliyi Komitəsi yaradılacaq


Rüfət Aslanlı
Rüfət Aslanlı

-

Gələcəkdə Azərbaycanda Maliyyə Sabitliyi Komitəsinin yaradılması planlaşdırılır.

APA-nın xəbərinə görə, bunu Milli Məclisdə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi qrupunun rəhbəri Rüfət Aslanlı bildirib.

Onun deməsinə görə, bu komitədə Maliyyə Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəliyi təmsil olunacaq. «Bu üç qurum arasında Memorandum imzalanacaq. Artıq bu sənəd də hazırdır», - deyə R.Aslanlı bildirib. Komitənin vəzifələri haqqında isə, hələlik, heç nə deyilməyib.

R.Aslanlı əlavə edib ki, martın 4-də Milli Məclisin plenar iclasında müzakirə olunan 24 məsələdən ibarət olan paketdə Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri öz əksini tapıb. İşçi qrupunun rəhbəri Palatanın strukturu və idarə edilməsi ilə funksiyaları açıqlayıb.

XS
SM
MD
LG