Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 05:25

Neftin barreli 37 dollara qalxdı

Neft
Neft

-

OPEC istehsalçıları və Rusiya neft hasilatının dondurulması danışıqları üçün martın 20-si civarında görüşəcək. Bunu martın 3-də Nigeriyanın neft naziri deyib.

Emmanuel Ibe Kachikwu Abucada konfransda danışıb və bundan sonra «Brent» neftinin barrelinin qiyməti 37 dollara qalxıb.

Nigeriya qiymətlərin qaldırılmasından ötrü hasilatın dondurulması təklifi ilə çıxış edən OPEC üzvlərindədir.

Nazirin sözlərinə görə, qiymət 50 dollara qalxarsa, bu, bayram ediləcək.

Rusiyanın Energetika Nazirliyi martın 3-də bildirib ki, danışıqlara hazırdır, ancaq tarixi və yeri, hələlik, bəlli deyil.

This item is part of
XS
SM
MD
LG