Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 09:53

Putin MSK sədrini kənarlaşdırır


Vladimir Churov

-

Rusiya Prezidenti Vladimir Putin sentyabrda keçiriləcək parlament seçkisi öncəsi MSK sədrini siyahısından çıxarıb. Martın 3-də Putin 15 üzvlük Mərkəzi Seçki Komissiyasına 5 namizədini irəli sürüb. Namizədlərdən biri insan haqları ombudsmanı Ella Pamfilova-dır. Komissiyanın hazırkı sədri Vladimir Churov siyahıya salınmayıb.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, prezident “öz namizədlərini təyin edib” və komissiyaya dəyişiklik “rutin rotasiyadır”. Onun sözlərinə görə, Putin-in namizədləri müxtəlif siyasi baxışlara malikdir.

Putin-in yaxın dostu olan Churov 2007-ci ildən MSK sədridir və vəzifə müddəti martın 27-də bitir. Tənqidçilər onu seçkini saxtalaşdırmaqda ittiham edir.

Pamfilova isə 2014-cü ildə ombudsman təyin olunub, tanınmış insan haqları fəalıdır, dövlət və vətəndaş qrupları arasında dialoqu təşviq edir.

XS
SM
MD
LG