Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:42

Naxçıvanda da maaşlar artırıldı


Vasif Talıbov
Vasif Talıbov

-

Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda əmək haqlar artırılıb. «Report»un xəbərin görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla icra hakimiyyəti orqanlarındakı mühasibatlıqda, Mədəniyyət və Turizm Nazirliyinin «Naxçıvan Mətbəxi» Kulinariya Mərkəzində, Dövlət arxivlərində, Film Fondunda və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində çalışanların maaşı 10 faiz artırılıb.

Sərəncam martın 1-dən qüvvədədir.

Martın 1-də prezident İlham Əliyev də Azərbaycandakı bir sıra nazirliklərdə çalışanların maaşlarını 10 faiz artırmışdı.

XS
SM
MD
LG