Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:14

Əcnəbi ədəbiyyat bloqçusu: 6 növ yazıçı var


Belarusda Bal Ədəbiyyat Mükafatı
Belarusda Bal Ədəbiyyat Mükafatı

-

Dünyada qeyd olunan Yazıçılar Günü münasibətilə

1. Fəza oğlu

Onların başı həmişə fantaziyalarla doludur, ona görə yazırlar ki, o fantaziyaları dalğa-dalğa açığa buraxsınlar. Reallığa alternativ yaratmaq istəyirlər. Onların nəsri gündüz yuxugörmələrindən başqa bir şey deyil.

Müsbət tərəfləri: zəngin təxəyyül

Mənfi tərəfləri: Kitabları satılmaz, pul qazana bilməz, qazanırsa, bəxti gətirib.

2. Beş qazanın çömçəsi

Kitab yazmaq biznesinin ustasıdır. Bu, təqdimat mərasimləri keçirmək, özünə yazıçı dedirtmək, nüfuzlu adamların əlini sıxmaq üçün bir resursdur.

Müsbət tərəfləri: Yaxşı kitab satışı

Mənfi tərəfləri: Kitabların keyfiyyətini də piar kimi qura bilmir.

3. Yazıq guşənişin

Qaranlıq künclərdə oturub-durur. Şedevr yazmağa qadirdir. Vacib zərurət olmasa, öz hücrəsindən adam içinə çıxmaq istəmir.

Müsbət tərəfləri: İstedadlıdır, bayağı deyil

Mənfi tərəfləri: yaşadığı müddətdə başqaları onu kəşf etməz, çünki onun hansı deşikdə olduğunu nə bilsinlər.

4. Aqressiv gənc

Gənc yazıçı öz ideallarını sübut etməyə çalışır. Hamıya qarşı aqressivdir. Özünü jurnalistikaya vurur, zatən bu xasiyyət üçün başqa bir sahə yoxdur. Özünü dünya ilə daimi münaqişədə hiss edir. Ağlına nə gəldi yazır.

Müsbət tərəfləri: Bu xasiyyət jurnalistikanın keyfiyyətini artırır

Mənfi tərəfləri: Onun əməyinin nəticəsi olan yazıda süjetdən çox qəzəb və ehtiras olur.

5. Super xoşbəxt günəş şüası

Elə mehriban və pozitivdir ki, camaat dükandan onun son damla kitabına qədər alır, kitablarını sonunacan oxuyur, az qala yalayırlar. Amma sərt reallıqdan xəbərsizdir.

Müsbət tərəfləri: İstənilən naşirin arzusudur.

Mənfi tərəfləri: Bir gün günəş onu yandıra bilər.

6. Məyus uğursuz

Ədəbiyyatın yeriyən ölüsü. Daha heç nə yazmır, amma hamıda belə fikir yaradır ki, çox istedadlıdır, sadəcə “sistem” onun dühasını məhv etdi.

Müsbət tərəfləri: Özünü necə aparmaq olmaz məsələsinə yaxşı nümunədir.

Mənfi tərəfləri: Bütün dünyadan, keçmiş dostlarından qisas almağa çalışır, ömrünün axırında elə hey hamını tənqid edən redaktora çevrilirlər.

Alexei Russell'in bloqundan götürülüb

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG