Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 10:58

“Qadınlara parlamentdə yer yoxdur”


İranda qadın səs verir

-

İranda sərt-xətt tərəfdarı olan parlament üzvünün qadınları parlamentə buraxmamaq çağırışı ölkədə rezonans yaradıb.

“Parlament qadınların deyil, kişilərin yeridir”, Nader Ghazipur onlayn video müraciətdə deyir. "Ölkəyə nəzarəti elə asanlıqla ələ almamışıq ki, tülküləri, uşaqları və ya uzunqulaqları buraya buraxaq. Parlament uzunqulaq yeri deyil".

57 yaşlı Ghazipour ötən həftə Qərbi Azərbaycan vilayətinin Urmiyə şəhərindən deputat seçilib. O, həmin çıxışı qərargahında görüş zamanı edib.

26 fevral seçkisində rekord sayda – 20-dək qadın parlamentə seçilib.

İnqilabçı qadınların İslam Cəmiyyətinin Urmiyə filialı bildirib ki, Ghazipur “qadınlara açıq-aşkar hörmətsizliyinə görə” uzaqlaşdırılmalıdır.

XS
SM
MD
LG