Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 14:14

Suriyada elektrik enerjisi bərpa olunur


Foto arxiv

Suriyanın dövlət mediyası ölkə boyu elektrik enerjisinin yavaş-yavaş bərpa edildiyini xəbər verir.

SANA agentliyinin martın 3-də verdiyi məlumata görə, gecə yarısınadək elektrik enerjisi tam bərpa ediləcək.

Amma agentlik elektrikin nəyə görə kəsilməsi barədə məlumat vermir.

Agentlik bundan əvvəl ölkənin bütün əyalətlərində işğın kəsilməsi barədə məlumat yaymışdı.

Həmçinin Böyük Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzi ölkənin əksər bölgəsinin işıqsız qaldığını xəbər vermişdi.

XS
SM
MD
LG