Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Fevral, çərşənbə, Bakı vaxtı 22:23

Avropa liderləri Putinlə danışacaq


Vladimir Putin və David Cameron

Böyük Britaniyanın baş naziri David Cameron martın 4-də Rusiya, Fransa və Almaniya liderləri ilə telekonfransda Suriyada atəşkəs məsələsini müzakirə edəcək.

Cameronun ofisindən bildirilib ki, Britaniya, Fransa və Almaniya Rusiya prezidenti Vladimir Putinə açıq şəkildə bildirməlidilər ki, Suriyada real siyasi keçid üçün atəşkəsə əməl olunmalıdır.

Qeyd edək ki, atəşkəs rejimi fevralın 27-də qüvvəyə minib.

Amma bir sıra ölkələr atəşkəsə tam əməl olunmadığını deyirlər.

5 ildir ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

Rusiya bu müharibədə prezident Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə Assadla mübarizə aparan üsyançıların tərəfini saxlayır.

XS
SM
MD
LG