Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:32

«Azərenerji» ASC-nin də reytinqi düşdü


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Fitch» beynəlxalq reytinq agentliyi «Azərenerji» ASC-nin uzunmüddətli emitentin defoltu reytinqini «BBB-»dən «BB+» səviyyəsinə endirib.

«APA-Economics» xəbər verir ki, dövlət şirkətinin qısamüddətli emitentin defoltu reytinqi «B»dən «F3»ə enib.

Reytinqlər üzrə proqnoz neqativdir.

«Şirkətin reytinqləri ölkə reytinqi ilə eyni səviyyədədir. Bu isə «Azərenerji» ilə dövlət arasında güclü hüquqi, strateji və əməliyyat əlaqələrinin mövcudluğundan xəbər verir. Yaxın gələcəkdə «Azərenerji» ilə hökumət arasında əlaqələrin dəyişəcəyi proqnozlaşdırılmır. Şirkətə 2016-2018-ci illərdə veriləcək dövlət zəmanətli kreditlərin səviyyəsi dəyişməyəcək», - agentliyin açıqlamasında bildirilir.

Agentliyin analitikləri hesab edir ki, «Azərenerji» 2016-2019-cu illərdə 3.7 mlrd. manat cəlb edəcək və bu vəsait investisiya qoyuluşlarına yönələcək.

«Fitch» bundan əvvəl isə Azərbaycan İpoteka Fondunun (AİF) kredit reytinqini aşağı salmışdı.

Beynəlxalq agentlik Fondun milli və xarici valyutada uzunmüddətli kredit reytinqini «BBB-»dan «BB+»a endirmişdi.

XS
SM
MD
LG