-
Martın 6-da Bakıda Azərbaycan-Macarıstan biznes-forumu keçiriləcək.
«Trend» xəbər verir ki, forumda Macarıstan baş naziri Viktor Orban da iştirak edəcək.
Forum Azərbaycan İxrac və İnvestisiya Təşviq Fondu və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Tədbirə Macarıstanın 50-yə yaxın şirkətinin qatılacağı gözlənilir.
Gömürük Komitəsinin məlumatına görə, 2015-ci ildə Macarıstanla Azərbaycan arasında əmtəə dövriyyəsi 27.96 milyon ABŞ dolları olub. Bunun 27.7 milyonu macar məhsullarının Azərbaycana idxalı ilə bağlıdır.