Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 06:36

Rusiya yeni raket sistemi hazırlayır


Tor-M2U sistemi, arxiv fotosu

-

Rusiya Arktikada yer-hava müdafiəsindən ötrü yeni raket sistemi hazırlayır. Bu barədə martın 2-də TASS məlumat yayıb.

Bir gün öncə NATO komandiri Philip Breedlove ABŞ Konqresində xəbərdarlıq etmişdi ki, Rusiya Arktikanı getdikcə daha artıq hərbləşdirir.

Arktik raket sistemi Rusiyanın Tor raket sisteminə əsaslanacaq. Bu sistem yaxınlaşan təyyarəyə yaxınməsafəli əks-hücumlar üzrə ixtisaslaşıb. İstehsalçı Rusiyanın Almaz-Antey dövlət şirkətidir. Güclü S-300 və Buk sistemlərini də bu müəssisə hazırlayıb.

TASS xəbər verir ki, şirkət artıq “Tor yaxınmənzilli havadan müdafiə raket sisteminin Arktika versiyası”nın hazırlanmasına başlayıb.

XS
SM
MD
LG