Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

XİN hesabat hazırlayıb


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

-

Xarici İşlər Nazirliyi «İşğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz iqtisadi və digər fəaliyyətlər» adlı hesabat hazırlayıb.

APA-nın xəbərinə görə, XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, hesabatda əks olunan məlumatların toplanmasında 500-dən çox mənbədən istifadə edilib.

H. Hacıyev deyib ki, hesabat yeddi hissədən ibarətdir: «Giriş hissəsində hesabatın hazırlanmasında istifadə olunan metodologiya haqqında məlumat verilir. İcmal hissəsində hesabatın gəldiyi nəticələr təqdim olunur. Daha sonra Ermənistanın gəlir əldə etmək məqsədilə işğal olunan ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər aparması öz əksini tapıb».

H.Hacıyev qeyd edib ki, əldə olunan məlumatlar işğal altındakı ərazilərdə beynəlxalq hüquqa məhəl qoyulmadan məskunlaşma, mülkiyyət və təbii sərvətlərin vəhşicəsinə talanmasını sübut edir: «Dəlillər göstərir ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınması həyata keçirilir. Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz istehsal olunmuş məhsulların və digər sərvətlərin oradan beynəlxalq bazarlara daşınması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır».

XS
SM
MD
LG