Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:45

Avropa Qran-prisinin yeni səfiri seçilib


Fernando Alonso
Fernando Alonso

-

Fernando Alonso Bakıda keçiriləcək «Formula-1» üzrə Avropa Qran-prisinin səfiri olub.

«Report»a bu xəbəri Bakı Şəhər Halqasının (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. O, daha geniş açıqlamanın yaxın saatlarda veriləcəyini bildirib.

N.Arpadarai F.Alonso-nun Avropa Qran-prisində dördüncü səfir olacağını əlavə edib. 34 yaşlı ispaniyalı pilot iki dəfə dünya çempionluğunu yaşayıb.

Digər səfirlər Rəhim Əliyev, Gülhüseyn Abdullayev və Tünzalə Ağayevadır.
Bu il Bakıda «Formula-1» üzrə Avropa Qran- prisi yarışları keçiriləcək.

XS
SM
MD
LG