Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 00:17

Bakıda televizor buraxılacaq


-

“AG Telekom” Gürcüstan-Azərbaycan şirkəti apreldən televizor istehsalına başlayacaq.

Bu haqda anspress-ə şirkətin rəhbəri Mixail Qlonti məlumat verib.

Onun bildirdiyinə görə, televizorların qiyməti 180-280 dollar arasında dəyişəcək:

“Bu televizorlar xaricdən gətirilən məhsullardan ucuz olacaq. 32 düym televizorun qiyməti 180, 40 düymün qiyməti isə 280 dollar civarında hesablanıb” - deyə şirkət rəhbəri bildirdi.

Hələ 2004-ci ildə Şamaxı rayonunda STAR MMC adlı müəssisə televizor istehsalına başlamışdı. Ancaq bir müddətdən sonra bu müəssisə televizor istehsalını dayandırmışdı.

XS
SM
MD
LG