Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:28

Gürcüstana əlavə qaz veriləcək


Kakha Kaladze
Kakha Kaladze

-

Gürcüstanın Azərbaycandan əlavə qaz alması barədə razılıq əldə edilib. «Report»un xəbərinə görə, bunu Gürcüstanın energetika naziri Kakha Kaladze Bakı səfərindən sonra bildirib.

Nazir qeyd edib ki, «Şahdəniz» yatağının işlənməsi layihəsi çərçivəsində əlavə qaz almaq mümkündür: «Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə iki ölkənin mövcud dostluq münasibətləri barədə danışdıq. Eyni zamanda, SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşdüm. Görüşdə gələcək əməkdaşlıq, Gürcüstanın daxili tələbatı üçün vacib olan əlavə həcmdə təbii qaz alınması müzakirə olunub. Faktiki olaraq razılığa gəlmişik. «Şahdəniz» yatağından əlavə həcmdə təbii qaz almaq mümkün olacaq».

Kakha Kaladze fevralın 29-da Azərbaycanda səfərdə olub. O, prezident İlham Əliyev və SOCAR rəhbəri Rövnəq Abdullayevlə görüşüb.
Bu, Gürcüstanın energetika nazirinin Bakıya fevral ayında ikinci səfəri idi. Bundan əvvəl Kakha Kaladze fevralın 4-də Bakıda olmuşdu.

XS
SM
MD
LG