Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 05:37

Keçmiş Sovet İttifaqının prezidenti Mikhail Gorbachev doğum günü ərəfəsində həyatından bəhs edən yeni kitabını təqdim edib.

O fevralın 29-da keçirilən təqdimat mərasimində deyib ki, həyatı barədə daha çox düşünəndə görür ki, ən vacib hadisələr qəfil baş verib.

O ümid edir ki, kitab rusiyalıların müasir tarixlərini başa düşməsinə kömək edəcək.

“Gorbachev - həyatı boyu” adlı kitab xatirələr, müsahibə, məktub, məqalə və digər sənədlərdən ibarətdir.

Martın 2-də Gorbachevin 85 yaşı tamam olur.

O 1985-ci ildə Sovet İttifaqının rəhbəri olub, keçmiş kommunist ölkəsinin daha açıq olması və islahatlar üçün aşkarlıq və yenidənqurma siyasəti yeridib.

Bundan başqa 1991-ci ildə Şərqi Almaniyadakı sovet rejimi və keçmiş SSSR-in dağılmasında mühüm rol oynayıb.

XS
SM
MD
LG