Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 19:49

Qaz bəyannaməsi imzalandı


-

Bakıda keçirilən Cənubi Qafqaz Dəhlizinin Məşvərət Şurasının ikinci toplantısında yekun bəyannamə qəbul olunub.

Bəyannamədə enerji resurslarının istehsalçıları, tranzit ölkələr, istehlakçılar arasında uzunmüddətli strateji münasibətlərin inkişafı və dərinləşməsi məramı vurğulanır. Xəbəri Azərtac yayıb.

Bəyannaməni imzalayan ölkələr Cənub Qaz Dəhlizi layihəsinin icrası istiqamətində əldə edilmiş nailiyyətlər yüksək qiymətləndirir. Əldə olunan nəticələrin layihənin vaxtında və uğurlu icrasına xidmət edəcəyi vurğulanır.

Bəyannamədə həmçinin, layihənin Avropa Birliyinin sərhədlərindən kənara, Balkanlara doğru genişləndirilməsi məqsədilə mövcud perspektiv imkanların qiymətləndiriləcəyi qeyd olunur.

Cənub Qaz Dəhlizi “Şahdəniz- 2” çərçivəsində hasil edilən qazı 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək.

XS
SM
MD
LG